Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 687,6 milyon manat, xərcləri isə 8 168,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,8% və 8,5% çoxdur.
Son nəticədə büdcədə 2 518,9 milyon manat qalıq yaranıb.