Qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsul (ÜDM) ötən ilin ilk rübü ilə müqayisədə rekord həddə artıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"Qeyri-neft-qaz sektoru üzrə ÜDM ötən ilin ilk rübü ilə müqayisədə rekord həddə - 10,3% artaraq 15 mlrd. 9,9 mln. manata çatıb. Bu, Azərbaycan iqtisadiyyatında bərpa prosesinin sürətləndiyini göstərən mühüm göstəricidir", - nazir qeyd edib.