Gürcüstan Ukraynada keçirilən xüsusi hərbi əməliyyata görə Rusiya Federasiyasına qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN telekanalının efirində Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.
Zurabişvili deyib: "Biz Rusiya Federasiyasına qarşı bütün beynəlxalq maliyyə sanksiyalarında iştirak edirik və bu, həqiqətən də, bizim maliyyə sektorumuz üçün mühüm məna kəsb edir. Bu vaxta qədər biz Ukraynanı dəstəkləmək üçün yaradılan bütün beynəlxalq qətnamələrdə də iştirak edirik".
Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili fevralın 25-də bildirmişdi ki, ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır.