Bir neçə gündür Azərbaycanda A4 formatlı kağızın qiyməti qalxıb.

Əvvəllər bir bağlaması 4,5 manata satılan kağız hazırda mağazalarda 9-10 manatadır. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan bir çox yerdə sözügedən kağızlar yoxa çıxıb, olanlar isə qiyməti ikiqat artırıb. Həmçinin əvvəllər bir ədədi 50 qəpiyə satılan A3 formatlı kağız da iki dəfə bahalaşaraq 1 manata satılır. 

İddia olunur ki, sözügedən kağızın qiymətinin artması, yerli istehsalın olmaması, onun Rusiyadan gətirilməsi ilə əlaqədardır. Belə ki, Rusiyada kağız istehsal edən müəssisə kimyəvi xammalın bir hissəsini Almaniyadan idxal edir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra isə Almaniya hökuməti ixracı dayandırıb. Nəticədə Azərbaycana da kağızın ixracı dayanıb. 

Kağız idxalçıları bildirirlər ki, hazırda ölkənin bu məhsula olan tələbatını Çin, Hindistan və ya Portuqaliyadan alınan məhsulla ödəmək olar. Ən asan yol isə Çindən idxaldır ki, bu da an azı bir neçə ay zaman və əlavə xərc tələb edir. 

Qeyd edək ki, ötən həftədən etibarən Rusiya bazarında da sözügedən kağız formasının qiymətinin 5 dəfəyədək yüksəlməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, təxminən bir ay əvvəl 500 vərəqlik A4 kağızı 300 rubla satılırdısa, hazırda 1000-2000 rubla satılır. 

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır