Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Sumqayıt şəhərində təşkil olunacaq.
Axar.az “Azəriqaz”a istinadən xəbər verir ki, İstehsalat Birliyinin rəhbər şəxsləri Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 44-cü məhəllə ünvanında (“Kimyaçı” Mədəniyyət Sarayı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” martın 30-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.