“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
“Azəriqaz”dan Axar.az-a verilən məlumata görə, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Qaradağ rayonunda təşkil olunacaq.
"Azəriqaz" İB-nin rəhbər şəxsləri Qaradağ rayonu, Lökbatan qəsəbəsində (Ə.Əmirov adına Mədəniyyət Sarayının həyəti) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” martın 23-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.