ABB 11 fevral Vergi xidməti işçilərinin peşə bayramı gününə özəl olaraq yeni kampaniyaya start verib.
Bütün vergi xidməti işçiləri 10 fevraldan 21 fevrala qədər (21 fevral da daxil olmaqla) nağd pul kreditini indi ABB-dən 15%-dən başlanan illik faiz dərəcəsi ilə əldə edə bilər.
Kreditin şərtləri:
Məbləğ - 30 000 manatadək
Müddət - 60 ayadək
Komissiya - 0%
İllik faiz dərəcəsi - 15%-dən başlayaraq
1000 manatlıq TamKart kredit kartı hədiyyə
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən ABB mobile tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər. Kredit alan hər kəsə TamKart da hədiyyə edilir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.