Mastercard nağdsız ödənişlərin beynəlxalq və Azərbaycandakı təkamülünü davam etdirir

 

Rəqəmsal transformasiya həyatın bütün aspektləri üçün dünya miqyasında bir hekayəyə çevrilib. Azərbaycan sürətli rəqəmsallaşma prosesində nümunələrdən biri kimi çıxış edir. Nağdsız Azərbaycan - bir neçə il əvvəl başladılan bu proqram indi daha irimiqyaslı bir hərəkata çevrilib.

Mastercard ölkənin ödəniş sahəsindəki rəqəmsallaşmaya və alış-veriş təcrübəsinin inqilabi dəyişikliyinə rəhbərlik edir.

Bu gün təhlükəsizlik və məxfiliyə əlavə olaraq, rəqəmsal ödənişlər maliyyə proseslərini asanlaşdırır, şəffaflıq yaradır və ölkə iqtisadiyyatını başqa bir səviyyəyə daşıyır.

Təmassız ödənişlər texnologiyaya olan inamın artması fonunda Azərbaycanda getdikcə daha da populyarlaşır.

Erdem Çakar, Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri bildirib ki, təmassız ödənişlərin həcmi artıb. Nağdsız Azərbaycan proqramı başlayandan ödəniş kartlarının sayı iki dəfə çoxalıb. "Azərbaycanı nağdsız gələcəyə aparmaqda qərarlıyıq. Buna görə də bütün layihə və planlarımız Rəqəmsal və Nağsız Gələcək üçün infrastruktur yaratmağa xidmət edir. Pandemiya ərzində ölkədə bir neçə layihə həyata keçirdik, hansı ki, nağdsız ödənişlərin sayında artımla nəticələndi və son istifadəçilər arasında məlumat səviyyəsini və etibarı yüksəltdi. Daxili POS -terminallardan istifadənin beş dəfə atması nəticəsində onların dövriyyəsi  2 milyard manatdan 10 milyard manata çatdı, e-ticarətin payı isə 15%-dən 30%-ə yüksəldi. Bu ikiqat artım 4 il ərzində e-ticarət həcmində 10 qat artım deməkdir. Pandemiyanın gəlişi ilə təmassız ödənişlər dar çevrədə istifadə edilən ödəniş üsulundan əksər istifadəçilərin üstünlük verdiyi ödəniş üsuluna çevrildi", - Erdem Çakar deyib.

"Son 50 ili müqayisə etsək, növbəti 5 il daha çox dəyişiklik vəd edir. Belə ki, 2025-ci ildə mobil internet istifadəçilərinin sayının 5 milyarda çatacağı gözlənilir, hər bir istifadəçinin payına 4.4 cihaz düşəcək, mobil telefondan istifadə müddəti gündəlik 3.6 saat olacaq, evlərdəki ağıllı cihazların sayı 5.4 milyarda çatacaq və ümumilikdə cihazların sayı 25 milyard civarında olacaq. Rusiya, Gürcüstan və Belarus kimi qonşu ölkələrdə edilən hər iki ödənişdən biri mobil cihazlar vasitəsilə təmassız formada edilir. Daha yüksək təmassız mobil cihaz nüfuzetməsi olan ölkələrdə isə ümumi təmassız ödəniş qəbulu 90 faizə çatıb. Deməliyəm ki, Azərbaycandakı POS cihazların 80%-i təmassız ödənişləri qəbul edir və indi smartfonlar da POS cihazıdır. Şamaxıda başladığımız layihədə olduğu kimi, smartfonlar nəqliyyat kartlarına çevriləcək", - Mastercard-ın Avropa bazarları regionunda biznesin inkişafı və kiber təhlükəsizlik üzrə vitse-prezidenti Hakan Tatlıcı bildirib.

Mastercard Azərbaycanda "Apple Pay kampaniyalarının" başladıldığını elan edib. Bu həll müştəriləri daha təhlükəsiz, daha etibarlı və xüsusi ödəniş seçimləri ilə təmin edir, yəni onları bank kartlarını başqalarına vermək, düymələrə fiziki toxunuş və ya nağd pul mübadiləsi kimi əməliyyatlardan azad edir. Müştərinin ödəniş etməsi üçün iPhone smartfonunu və ya iWatch ağıllı saatını terminala yaxınlaşdırmaq kifayətdir.

 

Apple Pay Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Bank Respublika və Unibank-da mövcuddur. Bu banklar Mastercard kart sahiblərinə öz kartlarını Apple Pay-də tanıtmaq və istifadə etmək üçün üstünlüklər təqdim edəcək. Amma hər şeydən öncə biz, Mastercard olaraq müxtəlif kampaniyalarımız çərçivəsində kart istifadçilərimizə bonuslar verəcəyik: müştərilərimiz Mastercard-ı Apple Pay tətbiqinə əlavə edərək market alış-verişlərində 5 AZN,  Azpetrol-da edilən 10 AZN-lik yanacaq ödənişində 2 AZN kəşbək qazanacaq, hər bir Apple Pay istifadəçisinə KFC restoranlarında etdiyi ödənişlərdə isə frenç frayz hədiyyə olunacaq. Tezliklə Cinema Plus-dan da faydalı təkliflərimiz gözlənilir.

Mastercard-ı Apple Pay tətbiqinə əlavə edin və kəşbəklər, çoxlu bonuslar və hədiyyələr qazanın.

Redaktorlar üçün qeydlər:

Mastercard haqqında (NYSE: MA), www.mastercard.com

Masterсard   ödəniş   sənayesində   fəaliyyət   göstərən   qlobal   bir   texnologiyaşirkətidir.   Bizim   missiyamız   tranzaksiyaları   daha   təhlükəsiz,   sadə,   ağıllı   vəəlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyatyaratmaq   və   onu   gücləndirməkdir.   Təhlükəsiz   məlumatlar,   şəbəkələr   vətərəfdaşlıqlardan   istifadə   edərək   bizim   innovasiya   və   həllərimiz   fərdlərə,maliyyə   institutlarına,   hökümətlərə   və   şirkətlərə   özlərinin   ən   böyükpotensialını reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizimmədəniyyətimizə   və   şirkət   daxilində   və   xaricində   gördüyümüz   hər   bir   işəstimul verir. Biz 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla hər kəs üçünqiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq.

Məqaləyə dair fotomateriallar:

 
 
21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır