Azərbaycanda enerji sektorunda islahatlar davam edir. Mərhələli şəkildə bütün bu məsələlərə baxılmaqdadır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib.
“Azərbaycanda bu islahatların ən yüksək səviyyədə aparılması labüddür. Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq addım-addım bu işlər həyata keçirilir. Bir neçə ay əvvəl bərpa olunan enerji mənbələri ilə bağlı Azərbaycanda yeni qanun bərpa olundu. Bu qanunların ölkədə tətbiq edilməsi üçün bir sıra, hətta çox sayda alt qanunvericilik aktları qəbul olunmalıdır, onlar işlənib hazırlanmalıdır. Hazırda nazirlik, o cümlədən digər dövlət qurumları tərəfindən bu qanunlar hazırlanmaqdadır. Bunlar hamısı hazır edildikdən sonra mərhələli şəkidə islahatlar həyata keçiriləcək”.