Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodunda 2021-ci ildə istehsal həcmi 11 milyon ton səviyyəsində gözlənilir.
Axar.az xəbər verir ki, bunu "SOCAR Türkiyə"nin neft emalı və neft-kimya biznes bölməsinin rəhbəri Anar Məmmədov deyib.
O qeyd edib ki, Türkiyədə koronavirus pandemiyası ilə əlaqədar bütün ölkələrdə olduğu kimi aviasiya kerosininə tələbat demək olar ki, sıfır səviyyəsinə düşüb.
"STAR neft emalı zavodunun texnoloji imkanları aviasiya kerosini istehsalını dizel yanacağına dəyiçməyə imkan verdi. Nəticədə zavodun istehsal həcmi 4,6 milyon tondan 6 milyon tonadək yüksəldi. Beləliklə, STAR neft emalı zavodu Türkiyənin dizel yanacağına tələbinin 25 faizini qarşılaya bilib. 2020-ci ildə zavod illik istehsal gücünü artıraraq 10,5 milyon tona çatdırıb. Bu il istehsal gücünün 11 milyon ton səviyyəsinə qalxması gözlənilir".