Aktiv vergi ödəyicilərinin sayında artım müşahidə edilir.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşımında bildirib.
M.Cabbarov ötən il onların sayının 24% artdığını qeyd edib:
“2020-ci il ərzində onların sayı 24%-dən çox artaraq 616 mini ötüb. Aktiv ƏDV ödəyicilərinin sayında 17%-dən çox artım olub”.