2020-ci ildə SOCAR 76 milyon barrel neft istehsal edib.
Axar.az xəbər verir ki, bu sözləri STAR NEZ ve PETKİM –in Baş Direktoru Anar Məmmədov SOCAR Türkiyənin 2020-ci ilin yekunları və 2021-ci ildə görüləcək işlər haqda keçirdiyi onlayn mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, 2021-ci il üçün SOCAR 11 milyon ton neft istehsal etməyi hədəfləyib.
“20-dən çox xam neft növü ilə işləmişik, lakin tərcihimiz ağır neftlərdir. Bizim dizayn üçün ən yaxşı xam neft İran neftidir, lakin bəzi səbəblərdən bu nefti Türkiyəyə gətirə bilmirik. Onu da qeyd edim ki, bazarda başqa alternativlərimiz də mövcuddur”, – deyə Məmmədov qeyd edib.