Bundan əvvəl birdəfəlik ödəmə üçün müraciət edən şəxslər barədə elektron araşdırma aparılacaq.
Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, bu dəfə də 600 min şəxsə 190 manat yardım ediləcək, ancaq bu rəqəm dəyişə də bilər:
“Karantin rejimindəki məhdudlaşma ilə bağlı iqtisadi fəallıq aşağı düşdüyünə görə, daha öncə 190 manat birdəfəlik yardım üçün müraciət edən vətəndaşlar arasında Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara və qaydalara uyğun olaraq elektron araşdırma aparılacaq. O şəxslər ki, bu dövr ərzində işsiz statusu qüvvədədir və əmək müqaviləsi ilə işə götürülməyiblər onlara yenidən 190 manat ödəniləcək. Ödəniləcək şəxslər hazırda 600 min nəfərdir, ancaq bu arta da bilər, azala da”.