Koronavirus pandemiyası 2021-ci ilin ikinci rübündə bitəcək, dünya iqtisadiyyatı isə normal səviyyəsinə bir il ərzində qayıdacaq.
Axar.az xəbər verir ki, bunu “Sakso Bank”ın (Danimarka) sahibi Stiv Yakobsen deyib. O, ilk olaraq Asiya iqtisadiyyatının bərpa olunacağını bildirib:
“Çin iqtisadiyyatı birinci rübdə 10%-lik artım tempi göstərəcək. Ondan sonrakı yerləri Şimali Avropa, ABŞ, Britaniya və Yaxın Şərq bölüşəcək”.