Rubl dollar və avroya nisbətən ucuzlaşıb.
Axar.az xəbər verir ki, dolların məzənnəsi 50 qəpik artaraq 76,35 rubl, avronun məzənnəsi isə 54 qəpik artaraq 91,27 rubl təşkil edib.
Yeri gəlmişkən, “Brent” xam neftinin qiyməti də artıb. Qara qızılın bir barrelinin qiyməti 47 dolları keçərək cari ilin mart ayının əvvəlindən etibarən maksimum dəyərinə çatıb.
Neftin bahalaşması fonunda rublun ucuzlaşması isə iqtisadi baxımdan o qədər də məntiqli sayılmır.