İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə apararaq həlak olan şəhidlərimizin ailələrinə dəstək davam edir.
“Qafqazinfo” xəbər verir ki, Azercell şirkəti şəhid Röyal Cəfərovun ailəsini himayəyə götürüb. Şirkət tərəfindən şəhidimizin həyat yoldaşı Firuzə Cəfərovanın bank hesabına övladlarının 18 yaşı tamam olana qədər hər ay 1000 AZN məbləğində pul köçürüləcək.
Ailənin digər ehtiyacları da nəzərə alınacaq.
Qeyd edək ki, Azercell işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 mln. manat həcmində vəsait də köçürüb.