Dünya ölkələrində koronavirusa görə karantin tədbirlərindən artıq 1 aydan da artıq müddət keçir. Bu müddət müəyyən nəticələr çıxartmaq, dünya iqtisadiyyatının sonrakı gedişini təhlil etmək üçün imkan yaradır. Ancaq ekspertlər hesab edirlər ki, vəziyyət heç də müəyyən və anlaşılan deyil. Post-pandemiya dövrü üçün müəyyən pis və yaxşı gözləntilər var, ancaq tərəzinin hansi tərəfinin ağır basacağı məlum deyil.

 Cebhe.info xəbər verir ki, bəzi fikirlərə görə, karantin müddəti bitdikdən sonra fond birjalarında indekslər yüksələcək, hətta bəzi yerlərdə böhran başlayandan bəri ilk dəfə olaraq öz maksimumuna çatacaq.

Ancaq bir çox böyük şirkətlər ciddi problemlərlə üzləşəcək. Onların ticarət zənciri qırılıb, hətta qiyməti aşağı düşən aktivlərini belə alan çətin ki, tapılsın. Dünyanın ən böyük maliyyə bazarı ABŞ-dadır. Zamanında ən böyük tələb məhz bu böyük bazarın iştirakçıları olan “Facebook”, “Apple”, “Amazon”, “Netflix” və “Google”un aktivlərinə olub. Məhz buna görə “Nasdaq” texnologiya şirkəti ilin əvvəlindən bəri müsbət xəttə çıxa bilib. Baxmayaraq ki, məsələn, sənaye şirkəti olan “Dow Jones” hələ də 10-15 faiz mənfidədir.

Digər sahələrlə bağlı da nikbin danışmağa əsas yoxdur. Aviaşirkətlərin səhmləri məlum səbəbdən minimum həddindədir. Banklar böyük təzyiq altındadır. Əksər şirkətlərin səhmlərinə heç bir maraq və tələbat yoxdur. Başqa sözlə, fond birjasının bərpası uzun müddət illuziya olaraq qalacaq. Ən azından. ABŞ üçün belədir.

Bank sektorunda vəziyyət qeyri-müəyyəndir. “Bank of America” kreditlər üzrə defoltunu artıq elan edib. “Moody’s” bildirir ki, artıq 311 şirkətin nəticəsi “zibil” səviyyəsinə düşüb. 2009-cu ildə bu rəqəm 291 olmuşdu. Gələcəkdə reytinqin daha da düşəcəyi gözlənilir. Bunun ardınca isə defolt gələcə, belə ssenari də tamamilə mümkündür. Hətta əfsanəvi investor Uorren Baffet də bildirib k, bu böhrandan ciddi itki olmadan çıxa bilməyəcək. Onun “Berskhire Hathaway” şirkətinin portfeli 50 faiz dəyər itirib. Baffet özü isə investorlar qarşısında çıxışı zamanı bildirib ki, hadisələrin sonrakı inkişafı barədə heç bir məlumata malik deyil. Əslində bunu indi heç kəs bilmir.

ABŞ-da mayın ilk həftəsində əldə edilən nəticələrə görə, əmək bazarında da durum bərbaddır. Bunu hətta indiyə qədər əmək bazarındakı ən pis nəticə adlandırırlar. 22 milyon insan işsiz qalıb. Rəsmi işsizlik səviyyəsi isə 16 faiz olaraq göstərilir. Ancaq bu rəqəmin 20 faizə yüksəlməsi də istisna deyil.

Çətin ki, bu insanlar qısa müddətdə özlərinə iş tapsınlar. Digər tərəfdən, ABŞ hakimiyyəti iqtisadiyyata böhranı dəf etməyə yetərli olacaq qədər vəsait yatırıb. Ancaq bu zaman başqa problem ortaya çıxacaq. Borcun həcmi və büdcə defisiti artacaq. Bu problemi necə həll olunacağını kimsə hələlik bilmir.

Neftin dünya bazarındakı son qiymət oynamalarını da bura əlavə etsək, başda Rusiya, Səudiyyə Ərəbistanı, İran olmaqla böyük neft hasilatçılarını gözləyən aqibətin heç də xoş olmayacağını söyləmək mümkündür. Mütəxəssislər bunu məhz belə dəyərləndirir. Qeyri-müəyyənliyin olduğunu deyirlər.

Karantindən çıxan Çin, Cənubi Koreya kimi ölkələrin təcrübəsi göstərir ki, insanların istehlak davranışı kəskin dəyişib. Onlar artıq restorana getmək, ticarət mərkəzlərini gəzmək istəmirlər. İnternet və elektron ticarəti bura əlavə etsək, dünyanın mənzərəsinin necə dəyişəcəyini təxmin etmək olar.

Xəzər

Cebhe.info

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır