İpoteka müqavilələrinə müxtəlif yeniliklər tətbiq edilə bilər.

Təkliflər Banklar Asossiasiyası tərəfindən hazırlanaraq banklara göndərilib. Təkliflərin bir qismi indidən ciddi müzakirələrə səbəb olub.

Millidestek.az xəbər verir ki, İpoteka müqavilələrinin məzmunu ilə bağlı ciddi dəyişikliklər ola bilər. Banklar Assossiasiyasından verilən məlumata görə artıq bununla bağlı kommersiya banklarına təkliflər göndərilib.

Təkliflərdən biri vətəndaşın götürdüyü krediti qaytara bilmədiyi təqdirdə bankın əmlakı məhkəməyə müraciət etmədən satışa çıxara bilməsi ilə bağlıdır. Hazırki təcrübəyə əsasən məhkəməyə müraciət edilmədən əmlak o zaman satışa çıxarıla bilər ki, vətəndaşın notarial qaydada razılığı olsun. Amma yeni təklif bu razılığın məhdudlaşdırılmasını nəzərdə tutur. Hüquqşünas Anar Ramazanov deyir ki, bu təklif vətəndaşın hüquqlarının pozulmasına və ciddi mübahisələrə səbəb olacaq.

Digər təklif ipoteka predmeti olan əmlakın satışından əldə edilən gəlirin hansı formada bölüşdürülməsinin müqaviləyə daxil edilməsidir. Ekspertin sözlərinə görə bu, vətəndaşların xeyrinə olan bir müddəadır. Çünki sui-istifadə hallarının qarşısı müəyyən qədər alına bilər.

Bundan əlavə, əmlakın açıq bazarda satışı zamanı əmlakın ilkin qiymətin müstəqil qiymətləndiricilər tərəfindən qoyulması nəzərdə tutulub. Bu da əmlakın qiymətinin real bazar dəyərində qiymətləndirilməsinə, son nəticədə isə vətəndaşın ziyana düşməsinin qarşını ala bilər. Hazırki qaydalara əsasən isə açıq bazarda satış zamanı razılıq tərəflər arasında əldə edilirdi.Bu zaman banklar əmlakı özlərinə sərf edən qiymətə sata bilirdilər.

Bu arada qeyd edək ki, bu gündən etibarən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs "Elektron hökumət" portalına daxil olaraq müraciət edə bilər. İpoteka krediti üçün real vaxt rejimində müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq.

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır