Mərkəzi Bankın avqustun 7-də keçirilən sonuncu depozit hərracında 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb təklifi 3,37 dəfə üstələyərək 504,8 milyon manat təşkil edib. Depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% olub.

 

Bəs bankların bu qədər manat alması nə ilə əlaqədardır?

İqtisadçı alim Vüqar Bayramov Axar.az-a açıqlamasında məsələnin səbəblərinə aydınlıq gətirib. Ekspertin sözlərinə görə, son depozit hərraclarının nəticələri milli valyutaya marağın artdığını göstərir:

“Əvvəla, hərracda investorlar da iştirak edib. Ancaq tələbin bu qədər yüksək olması manatın möhkəmlənməsi ilə bağlıdır. Əslində, diqqət yetirsək, görərik ki, kommersiya banklarının dollar satışı və vətəndaşların dollar alışı azalıb. Neft Fondunun iyulda hərraclara çıxardığı dolların həcmi əvvəlkilərlə müqayisədə təxminən 3 dəfə az idi. Bu, kifayət qədər ciddi rəqəmdir və iyulda xarici valyutaya tələbin azalmasından xəbər verir. Bu da birbaşa idxalın azalması ilə bağlıdır ki, hərraclarda satılan dolların təxminən 90 faizindən çoxu idxal üçün istifadə olunurdu. Yəni idxal azaldıqca dollara tələb azalır. Yığım üçün dollar alışı isə kəskin azalıb. Pullarını yığım kimi dollarda saxlayanların azalması həm də dollarlaşma səviyyəsinin yüksək olması ilə bağlıdır. Belə ki, əmanətlərin təxminən 74 faizi, evlərdəki vəsaitin isə təxminən 90 faizi dollarda saxlanılır. Artıq yığımda dollarlaşma prosesi başa çatdığı üçün manata tələb yüksəlir. Rəsmi olaraq ilin sonuna qədər manatın mövcud məzənnəsinin qorunub saxlanılması prioritetdir”.

İqtisadçı bildirib ki, beynəlxalq qiymətləndirici şirkətlər manatın məzənnəsində dəyişiklik proqnozlaşdırsa da, bu, əvvəlki illərlə müqayisədə nisbətən azdır və heç də doğru olacağı anlamına gəlmir:

“Çünki yenə də xarici faktorlar, neftin dünya bazar qiyməti birbaşa məzənnəyə təsir göstərəcək. Ancaq reallıq bundan ibarətdir ki, manatla yığımlara tələb artır. Depozitlərin valyuta strukturu göstərir ki, bu ilin əvvəlində xarici valyutanın payı təxminən 84 faizə yüksəlmişdi. Bu gün isə artıq xarici valyutaların payının 10 faiz azalması müşahidə olunur. Bu da birbaşa manatla depozitlərin saxlanılmasına üstünlük verilməsi ilə bağlıdır. Bu, həm fevraldan etibarən manatın stabil qalması və möhkəmlənməsi ilə bağlıdır, həm də bankların manatla saxlanılan depozitə daha yüksək faiz təklif etməsi ilə əlaqədardır. Belə ki, banklarda manatla saxlanılan əmanətlər 15 faizə qədər depozit faizi ilə sığortalanır. Xarici valyutada isə bunun 3 faiz olması manatla əmanətlərin saxlanılmasına marağı artırır”.

Ekspert qeyd edib ki, Mərkəzi Bank tərəfindən manatın uzunmüddətli stabil qalması və ya möhkəmlənməsi prosesi həyata keçirilərsə, bu, manatla yığımlara marağı daha da artıracaq və xarici valyutaya tələbi kəskin azaldacaq:

“Xarici valyutaya tələbin azalması isə manata təzyiqlərin aşağı düşməsinə gətirib çıxarır. Son depozit hərracında manata tələbin təklifi üstələməsinin əsas səbəbi manatla yığımların artması və xarici valyutaya tələbin azalması. Xarici valyuta ilə yığımlar yenə dominantdır, ancaq son 6 ayda manatla yığımların artması sürətlənir. Bu da nəticə etibarilə banklarda və vətəndaşlarda manatla yığımlara marağı artırır. Bu baxımdan MB tərəfindən manatın məzənnəsinin ən azı ortamüddətli dövrdə stabil qalınmasına nail olunması vacibdir. Çünki manata tələbin artması və xarici valyutaya tələbin azalması birbaşa manatın hansı dövrdə stabil qalması ilə bağlı olacaq”.

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır