Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, dünən klubun məhkəmə prosesi start götürüb və prosesdə onlar tərəfindən törədildiyi iddia edilən 115 qanun pozuntularına baxılır.
"Şəhərlilər"in pul sanksiyaları ilə üzləşməsi və hətta Premyer Liqadan qovulması belə gündəmdədir.
Premyer Liqa klubları isə "Mançester Siti"yə daha sərt cəzaların verilməsini tələb edirlər. Onlar hesab edirlər ki, mümkün xal məhrumiyyəti pozuntulara görə klub üçün kifayət qədər ciddi cəza olmayacaq. Onlar alternativ cəza kimi, bir neçə mövsüm ardıcıl olaraq Pep Qvardiolanın komandasından xalların silinməsini təklif ediblar.
Qeyd edək ki, hazırda "Mançester Siti" Premyer Liqada 4 turdan sonra maksimum xalla vahid liderdir.