Ukraynalı atlet Natalya Leqonkova müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.
Axar.az xəbər verir ki, bu barədə "Athletics Integrity Unit" (AIU) qərar çıxarıb.
41 yaşlı idmançının dopinq testində qadağan olunmuş eritropoetin maddəsi aşkarlanıb. Qərar avqustun 21-dən qüvvəyə minir.
Qeyd edək ki, Natalya Leqonkova karyerası ərzində Polşa, Şotlandiya, Fransa və ABŞ-də baş tutmuş marafon yarışlarında qalib gəlib. O, 2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş olimpiadada 87-ci yeri tutub.