Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "90min"-ə istinadən xəbər verir ki, "Mançester Yunayted", "Fulhem", "Vest Hem" və "Milan" 27 yaşlı futbolçunun əsas müştəriləridir. Sözügedən klubların skautları dekabrın 17-də "Ştutqart"ın "Bayern"lə (0:3) oyununda iştirak ediblər.
Mənbə Qirassinin böyük ehtimalla başqa liqaya keçəcəyini iddia edib. Çünki onun müqaviləsində 17,5 milyon avroluq sərbəstqalma maddəsi var və aparıcı klublar bu imkandan yararlanmaq istəyirlər.
Qeyd edək ki, Seru Qirassi bu mövsüm Bundesliqada 13 oyunda meydana çıxaraq 16 qol vurub.