Rəqibi təbrik edirəm.
Onlara qarşı oynamaq bizim üçün təcrübə idi.
Axar.az xəbər verir ki, bunu İsveçin “Hakken” komandasının baş məşqçisi Per-Matias Hoqmo Bakıda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan sonra mətbuat konfransında deyib.
Norveçli mütəxəssis ilk dəqiqədə buraxdıqları qolun planlarını pozduğunu söyləyib:
“Qarabağ”ın pley-off matçlarını izləyəcəm. “Hakken”lə İsveç çempionu olduq. Buradan yaxşı əhval-ruhiyyə ilə ayrılıram”.