“Ankaragücü” – “Rizespor” oyunundan sonra meydanda baş verən hadisələr tamamilə qəbuledilməzdir, idmanımızda və cəmiyyətimizdə belə şeylərə yeri yoxdur”.
İdman.biz xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino Türkiyənin “Ankaragücü” klubunun prezidenti Faruk Kocanın oyunun hakimi Halil Umut Meleri vurmasına sosial şəbəkə hesabında münasibət bildirərkən yazıb.
O bildirib ki, istər meydanda, istərsə də meydandan kənarda şiddətə qətiyyən yer yoxdur: “Hakimlərin, futbolçuların və azarkeşlərin oyundan həzz alması üçün təhlükəsizliyi təmin edilməlidir. Aidiyyatı qurumları bu tələbi ciddi şəkildə yerinə yetirməyə çağırıram”.
Qeyd edək ki, Halil Umut Meler Superliqanın 15-ci turunun 1:1 hesabı ilə bitən matçdan sonra “Ankaragücü”nün prezidenti Faruk Kocanın yumruq zərbəsinə məruz qalıb.