Türkiyənin "Ankaragücü" futbol klubunun prezidenti Faruk Qoca saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, klubun prezidenti ilə birgə daha 3 nəfər də tutulub.
Qeyd edək ki, Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Qoca ölkə çempionatında “Rizəspor”la oyundan sonra meydana qaçaraq hakim Ümid Melerin sifətinə zərbələr endirib.