Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ-nin Florida ştatının Dairə Məhkəməsində qaldırılan iddiaya əsasən Ronaldunun köməyi ilə "Binance" birjası qeydiyyatdan keçməmiş qiymətli kağızlara investisiya cəlb edib və buna görə də iddiaçılar zərər çəkiblər.
Bundan əlavə, iddiada Ronaldunun "Binance"ın qeydiyyatdan keçməmiş kripto-qiymətli kağızlarının satışı haqqında məlumatlı olduğu bildirilir, çünki onun investisiya təcrübəsi və üçüncü tərəf məsləhətçilərini cəlb etmək üçün geniş resursları var.
Buna əsaslanaraq, iddiaçılar dəymiş ziyanın və məhkəmə xərclərinin tam ödənilməsini tələb edirlər.