Qırğızıstanla Tacikistan arasındakı sərhədin mübahisəli hissəsində yerli sakinlər arasında silahdan da istifadə olunmaqla münaqişə yaranıb. Nəticədə ölənlər və yaralananlar var.

Virtualaz.org Orta Asiya mənbələrinə istinadən xəbər verir ki, Qırğızıstan rəsmiləri bu münaqişə ilə bağlı Tacikistanla sərhədin mübahisəli hissəsində yerləşən iki kəndin sakinlərini köçürüb.  Hökumətin mətbuat xidməti bu gün martın 15-də bildirib ki, Ak-Say və Kok Taş kəndlərinin əhalisi Batken regionunun eyniadlı paytaxtına köçürülüb.

Məlumatda o da qeyd olunur ki, Qırğızıstan Baş nazirinin müavini Jeniş Razakov tacikistanlı həmkarı Azim Ibrohimlə danışıb, ərazidə sakitlik yaradılmasının vacibliyini vurğulayıb. Zorakılıqla bağlı birgə təhqiqat başladılıb. 

İğtişaş martın 13-də başlanıb. Buna Qırğızıstanın sərhəddəki mübahisəli hissədə yol tikintisini bərpa etməsi olub. Hər ikisi tacikistanlı olan azı iki nəfər öldürülüb, onlarla adam yaralanıb. Qırğızıstan polis əməkdaşının da xəsarət aldığı bildirilir.

Qırğızıstan Səhiyyə Nazirliyi rəsmisinin bildirdiyinə görə, güllə yarası almış bir qırğızıstanlı ötən gecə Batkendə xəstəxanaya aparılıb, ərazidəki durum isə gərgin olaraq qalır.

Prezident Soronbay Jeenbekovun  mətbuat xidmətinin məlumatına görə, martın 14-də o tacikistanlı həmkarı Emomali Rahmonla telefonla danışıb, onlar sərhədin müəyyənləşdirilməsi üzrə danışıqları davam etdirməyə, atışmalarla bağlı birgə təhqiqat aparmağa razılaşıblar.

Qırğızıstan illərdir ərazidə yeni yol çəkmək istəyir, tikinti işlərini gah saxlayır, gah da bərpa edir. İki ölkə təmsilçiləri isə sərhəd çəkilməsi üzrə razılaşma əldə etməyə çalışırlar.Tacikistanın mövqeyincə, yolun yeni təklif olunan hissəsi mübahisəli ərazidən keçir, sərhədlə bağlı razılaşma əldə olunmayınca yol çəkilməməlidir. Hər iki ölkə rəsmiləri tikinti işinin artıq dayandırıldığını deyirlər.

Qırğızıstan parlament martın 14-də elan edib ki, “qırğız-tacik sərhədindəki durumla” bağlı rəsmi dinləmə keçirəcək.1991-ci ildə Sovet İttifaqı dağılandan Orta Asiyada bir çox sərhəd ərazilər mübahisəli qalıb.Tacikistan, Özbəkistan və Qırğızıstanın sərhədlərinin toqquşduğu Fərqanə vadisində isə çoxsaylı eksklavlar var və burada durum özəlliklə mürəkkəbdir.

29 Noyabr 2024 Benzianın qolu “Puşkaş”a namizəd oldu - Video
29 Noyabr 2024 “Ceko, sənin sol ayağını öpüm” - Video
28 Noyabr 2024 “Traktor” Qətər klubu ilə qarşılaşdı, növbəti mərhələyə keçdi
28 Noyabr 2024 Luis Suaresdən yeni müqavilə
28 Noyabr 2024 Acun İlıcalı onu qovdu
27 Noyabr 2024 Avrokubokların oyunları bu kanallarda
25 Noyabr 2024 Ançelottidən Arda ilə bağlı açıqlama
20 Noyabr 2024 Yığmanın biabırçılığına xalq şairi də dözmədi
20 Noyabr 2024 Millətlər Liqası: Yüksələnlər və düşənlər...
20 Noyabr 2024 Millimizin məğlubiyyəti Mahiri ağlatdı - Video
19 Noyabr 2024 Bizi ağır matç gözləyir - Emreli
18 Noyabr 2024 Doğru yoldayıq, uğursuzluqdan çıxacağıq - Santuş
18 Noyabr 2024 Fateh Terimdən "Qarabağ"la bağlı paylaşım - Foto
16 Noyabr 2024 Tayson məğlub olmasından danışdı
14 Noyabr 2024 Millətlər Liqası: Oyunları yayımlayacaq kanallar
08 Noyabr 2024 Qurbanov "Qarabağ"ın möhtəşəm qələbəsini belə şərh etdi
08 Noyabr 2024 Neymarın üzüyünü oğurlayıb, satışa çıxartdılar
07 Noyabr 2024 "Qarabağ"ın oyunu bu kanalda yayımlanacaq
05 Noyabr 2024 Oyun zamanı futbolçunu ildırım vurub öldürdü - Video
26 Oktyabr 2024 Bu gün “El Klasiko” var
25 Oktyabr 2024 Türk və erməni idmançı dava etdi - Video
24 Oktyabr 2024 “Traktor” Tacikistan klubunu məğlub etdi
24 Oktyabr 2024 “Qarabağ” və Türkiyə klublarının oyunları bu kanallarda
23 Oktyabr 2024 "Qarabağ" çox ciddi və güclü komandadır - Farioli
23 Oktyabr 2024 Matç zamanı stadionda dəhşət yaşandı - Yaralı var - VİDEO
23 Oktyabr 2024 Futbolçuların “Ayaks”la oyuna hazırlıq səviyyəsi...
23 Oktyabr 2024 Avroliqa: “Qalatasaray” “Qarabağ”ın rəqibinə qarşı
18 Oktyabr 2024 Yamal ən bahalı gənc oyunçusu oldu: Qiyməti…
18 Oktyabr 2024 "Qarabağ" "Kəpəz"i darmadağın etdi
14 Oktyabr 2024 Rumıniya şahmatçısı telefonla tutulub