FİFA 2018-ci ildə Rusiyada keçirilən Dünya çempionatından 5,3 milyard dollar gəlir əldə edib.

“Report” xəbər verir ki, hesablamalar zamanı 2015-2018-ci illər dövrü nəzərə alınıb.

FİFA-nın bu dövr ərzində ümumi gəliri 6,421 mlrd. dollar təşkil edib.

Bununla yanaşı, təşkilatın maliyyə hesabatında göstərildiyinə görə, FİFA-ya ümumi məbləğin 83 faizini mundialın Rusiyada keçirilməsi qazandırıb.

Beləliklə, 14 iyun – 15 iyul tarixlərində keçirilən DÇ-2018 FİFA tarixində ən gəlirli dünya birinciliyi olub.

Həmçinin təşkilatdan qeyd ediblər ki, Rusiyada keçirilən dünya çempionatı oyunlarında 3 milyondan çox tamaşaçı iştirak edib.