“Azərbaycan birinci hissədə yaxşı mübarizə apardı. Onların güclərinin tükənəcəyini bilirdik. Buna görə də səbrli olmalı idik”.
Qol.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin üzvü İvan Perişiç AÇ-2020-nin seçmə mərhələsində yığmamızla keçirilən oyundan sonra deyib.
"İnter"in yarımmüdafiəçisi ölkəsinin mətbuatına açıqlamasında 2:1 hesablı qələbəi şərh edərkən layiqli nəticə əldə etdiklərini bilidirib: “Yekunda onların müdafiə xəttini yara bildik və layiqli qələbə qazandıq. Oyunumuzu daha da yaxşılaşdıraraq, yolumuza davam etməliyik”.