UEFA-nın mətbuat xidməti 2020-ci ildə keçiriləcək Avropa Çempionatının maskotunu təqdim edib.

“Report” xəbər verir ki, maskotun adı "Skilz"dir ki, bu da ingilis dilindən tərcümədə "vərdişlər" ("skills") deməkdir.

Yeni maskotun sərbəst futbol oyunçularının ("Freestyler") keyfiyyətlərini özündə birləşdirdiyi bildirilir. Maskotun təqdimata məşhur fristaylerlər Liv Kuk və Tobias Beks dəvət olunub. Onlar Amsterdamda Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Niderland-Almaniya oyunu öncəsi baş tutan rəsmi təqdimat zamanı "Skilz"lə birgə topla oynamaq məharətlərini nümayiş etdiriblər.