Şimali Koreyada nüvə proqramı ilə bağlı olan azı 104 obyekt var.
“Report” TASS-a istinadən xəbər verir ki, bu müəssisələr barədə Cənubi Koreya və ABŞ hakimiyyəti məlumata malikdir.
Siyahıdakı obyektlərdən azı 40-nın bağlanacağı qeyd olunub. Onlardan 15-i təhlil və nəzarətedici, 8-i isə uran hasilatı üzrə müəssisədir.
Həmin obyektlər əsasən, Şimali Koreyanın Pxyonan-Pukto əyalətinin Yonbyon rayonunda, eləcə də ölkə paytaxtı Pxenyan ətrafında və Xvanxedo əyalətinin Pxyonsan qəsəbəsində yerləşir.
Cənubi Koreya və ABŞ KİV-də Şimali Koreyanın nüvə obyetkləri barədə belə məlumatlar dəfələrlə dərc edilib. Ancaq onların sayı, adı və yerləşdiyi ərazi barədə məlumat ilk dəfədir açıqlanır.