Monroza cəza verilmədi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Qafqazinfo" AFFA-nın saytına istinadən xəbər verir ki, İK Premyer Liqanın 24-cü turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Topaz Premyer Liqasının XXIV turunun “Keşlə” – “Qəbələ” matçının gedişində “Qəbələ” klubunun üzvü Stiven Jozef Monrozun yol verdiyi hərəkətlə bağlı “Qəbələ” klubunun nümayəndəsi İntizam Komitəsinin iclasına dəvət olunub, məsələ ilə bağlı tərbiyəvi işin aparılması barədə tövsiyə verilib.