Sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb.
Axar.az Report-a istinadən xəbər verir ki, heyvanla rəhmsiz rəftar edən şəxsin Şəki rayon sakini Y.İbadullayev olduğunu polis müəyyən edib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.