Lerikdə istirahət mərkəzlərinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb.
Axar.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib.
Bakı sakini 2010-cu il təvəllüdlü H.B ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.