Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Odişada baş verib, qadın və onun iki yaşlı qızının meyiti yataq otağında tapılıb. Onların ölümünə səbəb olan kobra da otaqda olub. Ana və qız təcili xəstəxanaya yerləşdirilsə də, həkimlər onları xilas edə bilməyib.
Yaxınları ailə başçısının dövlətdən 400 rupi sığorta almaq ümidi ilə həyat yoldaşı və qızını öldürməsindən şübhələnirlər. Araşdırma zamanı məlum olub ki, ana və uşağın qışqırıqlarını heç kim eşitməyib, hadisədən sonra kobra qeyri-səciyyəvi davranaraq otaqda qalıb. Mərhumların qanında sakitləşdirici dərmanın izləri aşkar edilib.
Ailə başçısı saxlanılıb. O, ilanı bazardan aldığını və arvadının ilə qızının yatdığı otağa buraxdığını etiraf edib.