Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması üzrə Dövlət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, buna səbəb qeyri-adi güclü tufanlar olub.
"Ştatın müxtəlif şəhərlərində əlverişsiz hava şəraiti və ildırım çaxması nəticəsində çoxlu sayda insan ölüm xəbəri məni dərindən kədərləndirib. Bu faciədə yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verirəm", - Hindistanın daxili işlər naziri Amit Şah bildirib.
Qeyd edilib ki, güclü leysan Qucaratın müxtəlif yerlərində əkin sahələrinə ziyan vurub. Hindistan Meteorologiya Departamenti ştatın müxtəlif bölgələrində 16 saat ərzində 50 mm-dən 117 mm-ə qədər yağıntı qeydə alındığını barədə məlumat yayıb.