"Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb.
Axar.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.
Qeyd edilib ki, qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib.
Hazırda araşdırma aparılır.