Aleksandr Puşkinin nadir nəşrlərini kitabxanalardan oğurlamaqda ittiham olunan 3 Gürcüstan vətəndaşı Fransada saxlanılıb.
Kult.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
İki qadın və bir kişi olan şübhəlilər Parisdə Fransa kitabxanalarından Puşkinin bir çox orijinal əsərlərinin oğurlanması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıblar.
Onlar hazırda İncəsənət Əsərlərinin Qeyri-qanuni Ticarəti ilə Mübarizə Mərkəzi Bürosunda (OCBC) saxlanılırlar.