Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən və "Saatlı bina" adı ilə tanınan tikilidəki dördtərəfli saatın mexanizmində gecikmə yaranıb. Son günlər fərqin artıq 5 dəqiqəyə çatdığı görünür.
Vətəndaşların aktiv istifadə etdiyi yolların kəsişməsində yerləşdiyini nəzərə alaraq məsələ ilə əlaqədar "Bakı Abadlıq Xidməti" MMC-yə sorğu ünvanladıq. Saata texniki xidmət göstərən qurumdan "Qafqazinfo"ya bildirildi ki, yaranmış gecikmə gün ərzində aradan qaldırılacaq.