![]() |
![]() |
Tovuz rayonunda dava olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Alakol kəndində baş verib.
Kənd sakini, 1997-ci il təvəllüdlü Ələsgərov Elşən Rövşən oğlu kənd ərazisində döyülüb.
Hadisə nəticəsində E.Ələsgərovun sağ qulağının arxa hissəsi kəsilib.
Yaralı xəstəxanaya gətirilib və tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.