Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Qusar rayonunun Yeni Həyat kəndində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.
Xankəndidə yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq yardım istəməsi və ehtiyaclarının ödənərək, yola salınması görüntüləri bir neçə kontekstdə əhəmiyyətli faktdır.
Bu gün günorta saatlarında Şəki rayonunun Oxud kəndi ərazisində 1981-ci il təvəllüdlü kənd sakini Cumay Salamovun tüfəngdən açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya aparılarkən yolda ölməsi barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.