SON DƏQİQƏ: Azərbaycanda icra başçısı və işçiləri KORONAVİRUSA YOLUXDU
Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

Trend məlumatına görə, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

Sabah güclü külək əsəcək
Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. 

Bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 23-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 11-16, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 23-ü gündüz və 24-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi, temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanda polis ÖZÜNÜ ASDI
Bakıda polis serjantı intihar edib.

Unikal.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşı 28 yaşlı Rafiq Əhmədov yaşadığı mənzildə özünü asaraq dünyasını dəyişib.

İlkin məlumata görə, mərhum borc səbəbindən intihara əl atıb.

R.Əhmədov Ucar rayonunun Müsüslü kəndində dəfn edilib.

DYP rəisinin gənc oğlu VƏFAT ETDİ
Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Mərdan Əliyevin gənc oğlu vəfat edib.

Qafqazinfo xəbər verir  ki, M.Əliyevin 30 yaşlı oğlu insult keçirib və xəstəxanaya yerləşdirilsə də, vəfat edib. 

Qeyd edək ki, Mərdan Əliyev bundan öncə Sumqayıt Şəhər YPX-nin komandiri olub.

Kişi liftdə arvadına 48 bıçaq zərbəsi vurub başını kəsdi
Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

Oxu.az xəbər verir ki, ötən gün saat 21 radələrində paytaxtın Binəqədi rayonunda yaşayış binalarının birində kişi arvadının başını kəsib.

Belə ki, Cavadxan küçəsində yerləşən binanın liftində 1977-ci il təvəllüdlü Hafiz Əskərov həyat yoldaşı 1980-ci il təvəllüdlü Könül Əskərovanı dəhşətli şəkildə öldürüb.

O, liftdə arvadına çoxsaylı bıçaq zərbəsi vurub və onun başını kəsib. Qadının bədənində 48 bıçaq zərbəsi aşkarlanıb.

Polis arvadını dəhşətli şəkildə öldürən kişini saxlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Daha bir əməliyyat keçirildi
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdaşda xüsusi əməliyyat keçirib.

Demokrat.az xəbər verir ki, əməliyyat zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsinin sədri tutulub. 

DSMF-nin yüksək vəzifəli əməkdaşının rüşvət alma faktı üzrə saxlanıldığı deyilir.

Oğuzda meşədə itkin düşmüş oğlanın PARÇALANMIŞ MEYİTİ TAPILDI
Oğuzda itkin düşən oğlanın meyiti tapılıb. Onu ayının parçaladığı ehtimal olunur.

Report məlumatına görə, 12 yaşlı Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb.

Azərbaycanda tanınmış jurnalist koronavirusa yoluxdu
Tanınmış idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.

Oxu.az xəbər verir ki, bu barədə jurnalist özü “Facebook” səhifəsindən açıqlama verib. 

O bildirib ki, anası və özü yeni tip koronavirusa (COVİD-19) yoluxub və xəstəliklə mübarizəsi davam edir.  

Jurnalistin ilk testinin cavabı neqativ çıxsa da, sonrakı test pozitiv nəticə verib.  

O, həmçinin insanlara səslənərək virusa qarşı diqqətli olmağı tövsiyə edib.

Sabah 36 dərəcə isti olacaq

22 mayda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.   

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında temperaturun iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.