Son vaxtlar 15-16 yaşlı yeniyetmələrin sulu qəlyana meyilliliyini görmək mümkündür.
Demək olar ki, bunu normallaşdırmağa çalışırlar. Əksər insanlar düşünürlər ki, tüstünün sudan keçməsi qəlyanın zərərini azaldır və onu siqaretdən daha təhlükəsiz vəziyyətə gətirir.
Xezerxeber.az-ın xəbərinə görə, tibb üzrə ekspert Adil Qeybulla bildirir ki, siqaret
Həkimin sözlərinə görə, xüsusilə də yeniyetmələrin və qadınların sulu qəlyandan istifadəsi ciddi fəsadlara gətirib çıxara bilər. Belə ki, sulu qəlyanın bir saatlıq istifadəsi zamanı siqaretdən daha çox tüstü udulur. Bu isə ağciyər funksiyalarına ciddi təsir edir və xroniki xəstəliklərə, o cümlədən xərçəngə yol açır.
Eyni zamanda qəlyan şlanqları və ağızlıqlar düzgün təmizlənmədikdə bakteriyalar və viruslar yoluxma riski yaradır. Nəticədə hepatit və herpes kimi xəstəliklər sulu qəlyan istifadəsi ilə ötürülə bilər.
Qapalı mühitdə istifadəsi isə həmçinin ətrafdakı insanlar üçün də ikinci dərəcəli siqaret çəkilmə təsiri yaradır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.