"Azərpoçt" MMC nin həyata keçirdiyi layihə çərçivəsində artıq bir müddətdir ki, paytaxtdakı bəzi taksilər bu ödəmə sistemi ilə işləyir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimovanın sözlərinə görə, gələcəkdə post terminallar quraşdırılmış taksilərin sayının artırılması planlanır.
Sərnişinlər isə bu addımı yüksək qiymətləndirirlər.
Bəzi sürücülər isə post terminalların quraşdırılmasının tərəfdarı deyillər.
Taksilərə taksometlərin quraşdırılması məsələsi ilə bağlı məsələyə gəlincə isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Qanuna əsasən, taksi minik avtomobillərində gediş haqqının müəyyən edilməsi üçün taksometr və ya proqram təminatından istifadə olunur. Taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir. Gediş haqqları proqram təminatı ilə hesablanır. Taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.