O bildirib ki, Heydər Əliyev tarixi prosesləri sürətləndirən liderlərdəndir: "İstər Sovet dövründə, istərsə də, müstəqillik dövründə rəhbərlik etdiyi zamanda bu proseslərdə özünəməxsus xətti var idi. Heydər Əliyev keçmişdə yaşanan şəxs deyildi, o həmişə gələcəyi görən və proseslərə öz iradəsi altında təsir edən lider olmuşdu. O, siyasi bürodan istefa verdikdən sonra sıfırdan başladı. Naxçıvan Ali Məclisinə rəhbərlik etdi, sonradan müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdi. O, dünya şöhrətli siyasi liderlərdən idi. Dünyadakı siyasi prosesləri mükəmməl bilən şəxsiyyət olmuşdu. O, yaxşı bilirdi ki, Azərbaycan böyük güclərin diqqət mərkəzində olan regiondur. Bu baxımdan Azərbaycan dövlətinin formalaşmasında Azərbaycanın gələcəyini görürdü və onun dəsti-xəttini yaratdı. "Əsrin müqaviləsi" ilə qlobal güclərin iqtisadi maraqlarını regionda balanslaşdırdı. Balans siyasətinin toxumunu əkdi. Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın gələcəyi balanslaşdırılmış kursda özünü dogrulda bilər".
Onun sözlərinə görə, o dövrdə Azərbaycana təzyiqlər var idi: "Heydər Əliyev bunlara duruş gətirdi və prosesləri neytrallaşdırdı. Sonrakı dövrlər Azərbaycana rəhbərlik edən İlham Əliyev balans siyasətini mükəmməl inkişaf etdirdi, Heydər Əliyevin qoyduğu kursu davam etdirərək həm siyasi, həm də iqtisadi sahədə bu balansı inkişaf etdirdi. 44 günlük Vətən savaşında Azərbaycan de-fakto, de-yure suverenliyini bərpa etdi.
Heydər Əliyevin ruhu şaddır. Oğlu İlham Əliyev onun arzularını həyata keçirdi. Azərbaycanın müstəqilliyi davam edir. Azərbaycan xəritədə balaca dövlət olsa da, böyük güclərə təsir edəcək dəsti-xətti var. Bu günkü müstəqilliyin bünövrəsi Heydər Əliyevin siyasi iradəsi ilə qoyulmuşdur".