Son xəbərlər

 

"Hər şeydən əvvəl sevindiricidir ki, Suriya, nəhayət ki, Bəşər Əsədin zülmündən qurtuldu". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, 2009-cu ilin sonunda başlamış ərəb baharı növbəti mərhələdə Suriyanı da ağuşuna almışdı: "Orada proseslər sadəcə olaraq süni şəkildə əngəlləndi. Bəşər Əsəd dirəniş göstərdi və on minlərlə insanın ölümünə səbəb olan bir proses getdi. Ölkə darmadağın oldu. Faktiki olaraq Bəşər Əsəd öz maraqlarını dövlətin və millətin maraqlarından üstün tutdu. Bu proses düz 15 ildir ki, davam edir. İndi bir neçə günlük əməliyyatla müxaliflərin Suriya milli ordusunun Bəşər Əsədi devirməsi, ölkədən qaçmağa məcbur etməsi və xalqın azadlığa çıxması kimi yeni bir şərait yaradır. Belə bir şəraitdə ağla gələn ilk məsələlərdən biri qardaş Türkiyədə sığınacaq tapmış milyonlarla suriyalının evinə qayıtması məsələsidir. Bu məsələ o qədər də asan deyil. Çünki o insanların əksəriyyətinin ev-eşiyi darmadağın edilib. Onların qayıdacağı təqdirdə Suriyada yaşamağa yerləri belə olan deyil. Ona görə də, proses bir qədər uzanacaq. Necə ki, Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra insanları tam olaraq oraya köçürə bilmir. Məcburiyyət qarşısındayıq. Çünki tikib-qurmaq lazımdır.

 

Eyni qaydada da Bəşər Əsəd Suriyanın böyük bir hissəsini o günə qoyub, üstəlik də bu işdə ona PKK, YPG terrorçuları dəstək verib. Əlavə olaraq Amerika Birləşmiş Ştatları, Rusiyanın həmin ölkədə olması və müxtəlif siyasi oyunlara əhalini və dövləti qurban etməsi nəticəsində bu saat altı üstünə çevrilmiş bir Suriya var. Ona görə qaçqınların belə tezliklə qayıtması o qədər də mümkün görünmür".

"Bizim üçün məsələlərin başqa yönü də maraqlıdır. Bilirsiniz ki, Suriyada bir neçə milyon türkmən soydaşımız yaşayır. Onlar Bəşər Əsəd, ona qədər atası Hafiz Əsəd, ümumiyyətlə isə 61 il ərzində Baas partiyasının zülmündən çox əziyyət çəkiblər. Onların taleyinin necə olacağı bizi daha çox maraqlandırır. Təbii ki, Suriya sabitləşərsə, oradakı türkmənlərin taleyi də mütləq masa üzərində olacaq. İndi sevindirici hallardan biri odur ki, müvəqqəti hökumətin rəhbəri Suriya türkmənlərindən olan və bu mücadilənin önündə gedənlərdən biri Abdurrahman Mustafa təyin edilib. Ən azından indiki mərhələdə bu var. İkinci tərəfdən isə bu prosesdə qardaş Türkiyə bir nömrəli oyunçudur. Nəzarət, proseslərin idarə olunması Türkiyənin əlindədir. Üstəlik də Amerika Birləşmiş Ştatları, Rusiya və İran özlərini geri çəkilmiş kimi göstərirlər. Yerdə bir PKK, YPG terrorçuları qalır. Onları da, yəqin ki, silahsızlaşdıracaqlar. Gərək olanı məhv edəcəklər, yaxud da, Suriyadan çıxaracaqlar. Proseslər hələ ki, yaxşılığa doğru gedir. Sonrakı mərhələdə isə biz uduzmamalıyıq. Qeyd etdiyim kimi bizim oradakı öncəliyimiz həm də qardaş türkmənlərdir. Soyu soyumuzdan, qanı qanımızdan, cani canımızdan olan biz azərbaycanlıların da bir parçası olan türkmən əhalidir. Ona görə də, Suriyadakı prosesləri diqqətdə saxlayacağıq" - deyə o, əlavə edib.

11 Dekabr 2024 Konservləşdirilmiş qidaları alarkən nələrə diqqət edilməlidir? VİDEO
11 Dekabr 2024 "Azərbaycan beynəlxalq münasibətlərdə müstəqil dövlət kimi çıxış etməyə başladı" - ŞƏRH EDİLDİ
10 Dekabr 2024 Düyməyə Rusiya ilə birlikdə basacağıq - Lukaşenko
10 Dekabr 2024 "Hər bir azərbaycanlının ürəyində Heydər Əliyev heykəli var" - ŞƏRH EDİLDİ
10 Dekabr 2024 "Heydər Əliyev iqtisadi inkişafının bünövrəsini qoymuş Lider olaraq tarixə düşüb" - ŞƏRH EDİLDİ
10 Dekabr 2024 “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI - VİDEO
10 Dekabr 2024 Sulu qəlyan siqaretdən belə zərərlidir – Ekspertdən XƏBƏRDARLIQ VİDEO
10 Dekabr 2024 Taksidən istifadə edənlərə ŞAD XƏBƏR - VİDEO
09 Dekabr 2024 "Heydər Əliyev tarixi prosesləri sürətləndirən Liderlərdəndir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 Dekabr 2024 HEYDƏR ƏLİYEVİ anarkən…
07 Dekabr 2024 ABŞ Ermənistan ordusunu niyə "gücləndirir"?
07 Dekabr 2024 Xəstə həkim məsləhəti olmadan bioloji aktiv qida məhsulunu necə əldə etməlidir? VİDEO
06 Dekabr 2024 İbrahim Cəfərov: "İnanıram ki, 2025- ci ildə daha mükəmməl olacağıq" Siyasət
06 Dekabr 2024 Yaşıl kapitalizm - BAXIŞ BUCAĞI
06 Dekabr 2024 "Növbəti aylarda baş verən hadisələr həlledici olacaq” - ŞƏRH OLUNDU
06 Dekabr 2024 Müstəmləkəçilik azarı - RAKURS
06 Dekabr 2024 "Ermənistan üçün bu, uduş olacaq" - ŞƏRH EDİLDİ
06 Dekabr 2024 "Məktəblərdə təhsil avtobusu olması məqsədəuyğundur" - MÜNASİBƏT BİLDİRİLDİ
06 Dekabr 2024 Təsərrüfatlardan çıxanda böyük olan göyərti dəstələri bazarda niyə kiçilir? VİDEO
05 Dekabr 2024 Qərbin ənənəvi ssenarisi: GÜRCÜSTAN AVROMAYDANI - TƏHLİL
05 Dekabr 2024 İrəvan bu faktı hər vəchlə danmağa çalışır - Əliyev
04 Dekabr 2024 İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? VİDEO
04 Dekabr 2024 “Tarixi həqiqət öz yerini tapdı” - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 "Vəziyyət getdikcə gərginləşir" - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 “Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“ - MÜNASİBƏT BİLDİRİLDİ
04 Dekabr 2024 Cənubi Qafqaz: Qərbin strateji hədəfi
04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA