"2024- cü il başa çatmaq üzrədir, bu günlər mübariz əməkdaşlarımızla il ərzində gördüyümüz işləri müzakirə edirik. Apardığımız elmi- tədqiqat işlərinin keyfiyyətində xeyli irəliləyişlər var, COP29- la bağlı tədbirlərdə fəal iştirak etdik, 100- dən artıq məqalə və tezislərimiz, 4 kitabımız çıxıb." Bunu "atributinfo.az"a danışan AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru İbrahim Cəfərov deyib. O, əlavə edib ki, Respublika əhəmiyyətli konfranslar, seminarlar, dəyirmi masalar keçirmişik, fermerlərlə maarifləndirmə işləri aparmışıq: "Çalışırıq, işləyirik, uğurla çalışırıq, mükəmməlləşirik, perspektivli gənclər yetişdiririk, xarici dillər öyrənirik. Əməkdaşlarıma inanıram, onlara güvənirəm, inanıram ki, 2025- ci ildə daha mükəmməl olacağıq. Hamımıza uğurlar."- İ.Cəfərov bildirib.