Rusiya Prezidenti Vladimir Putin Kremldə Hindistanın müdafiə naziri Rajnat Sinqh ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Qeyd edək ki, Hindistan Müdafiə Nazirliyinin rəhbəri bazar günü Rusiyaya səfər edib.
Bazar ertəsi o, Tuşil freqatının Hindistan Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimində iştirak edib.