Suriya və xalqı üçün xoşbəxt gələcəyin qapısı açıldı.
Ölkənin digər bölgələrində də İŞİD və PYD kimi terror təşkilatları ən qısa zamanda darmadağın ediləcək.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Beləliklə, Suriyanın ərazi bütövlüyü və suverenliyi bütün ölkə ərazisində möhkəmlənəcək. Suriya xalqının birliyini bərpa etməyə yaxınlaşdığı bu dövrdə heç bir rasional gücün terror təşkilatları ilə əməkdaşlıq edəcəyini düşünmürük”, - Türkiyə lideri bildirib.
“Gözünü Suriya torpaqlarına dikmiş hər kəsə xatırlatmağı faydalı hesab edirəm. Türkiyə olaraq Suriyanı bu səviyyəyə çatdırmaq üçün böyük fədakarlıqlar etdik. Biz bunu şikayətlə yox, məmnunluqla etdik. Biz Suriya ərazisinin yenidən bölünməsinə icazə verə bilmərik. Kimlərinsə güvəndikləri qüvvələrdən aldıqları cəsarətlə bölgəyə od vurmasına tamaşa etməyəcəyik”, - Ərdoğan əlavə edib.