Qərbdən olan kuratorlar Ukrayna ordusunun kritik vəziyyəti fonunda çətin ki, Prezident Vladimir Zelenskini sağ buraxsınlar.
Axar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Əhməd” xüsusi təyinatlılarının komandanı general-mayor Aptı Alaudinov deyib.
“Onun başına nə gələcəyini yəqin ki, tezliklə görəcəyik. Çox güman çoxlu sayda cinayətin şahidi olduğu üçün onu sağ buraxmaq istəməyəcəklər”, - Alaudinov bildirib.